Mojo.az Banner
12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bankdan dollar qəbulunun dayandırılması məsələsinə REAKSİYA

29.10.2021 13:34 1 341
Mərkəzi Bankdan dollar qəbulunun dayandırılması məsələsinə REAKSİYA
“Mərkəzi Bank tərəfindən banklara dolların qəbulunun dayandırılması ilə əlaqədar göstəriş verilməyib”.

Bu barədə Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Dövriyyədə saxta dollar əsginaslarının olması ilə bağlı məsələyə aydınlıq gətirən Baş direktor bildirib ki, Mərkəzi Bank valyuta nişanlarının saxtalaşdırılmasına qarşı davamlı tədbirlər həyata keçirir:

“Bu tədbirlər barədə mütəmadi olaraq həm kommersiya bankları, həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət məlumatlandırılır. Sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadə imkanları onun saxtalaşdırılması meyillərini həmişə artırır və cəlbedici edir. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı pul nişanlarının saxtalaşdırılması imkanlarını genişləndirib. Risklərdən sığortalanmaq üçün Mərkəzi Bank davamlı olaraq banklarla müzakirələr aparır, tapşırıqlar verir ki, onlar da mövcud avadanlıqlarını və terminallarını xarici valyuta nişanlarına uyğunlaşdırsınlar və proqram təminatını yeniləsinlər”.

Onun sözlərinə görə, banklar dolların qəbulunu dayandırmayıb, sadəcə müəyyən hallarda hansısa terminallarda bir neçə gün sistemlərin uyğunlaşdırılması həyata keçirilir və bu zaman sistem dayandırılır.

Akşin Vəliyev qeyd edib ki, ilin doqquz ayı ərzində ölkədə 271 ədəd milli, 125 ədəd xarici valyutada saxta əsginaslar aşkarlanıb, bu isə beynəlxalq təcrübədə çox aşağı göstəricidir.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner