14:22 Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu  |     14:16 Bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ  |     13:49 Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ  |     13:38 Şirkətin 57,4 min manatını mənimsəyən satıcı-anbardar azadlığa buraxıldı  |     13:33 Büdcədən icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlandı  |     13:28 Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahid ifadələrində MARAQLI MƏQAMLAR  |     13:14 Məktəblini yumruqla vuraraq öldürən şəxs: "Dava qız söhbətinə görə idi"  |     13:10 Qazaxıstanda terror aktının qarşısı alındı  |     13:10 Tanışlarını döyərək bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı  |     13:09 Rumıniya Senatının sədri Azərbaycana gəlib - FOTO  |     13:08 Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib - FOTO  |     13:07 Xətaidə 46 yaşlı kişi bıçaqlanıb  |     13:05 Azərbaycan neftinin qiyməti azalıb  |     13:03 Kamçatka sahillərində güclü zəlzələ baş verib  |     13:02 Bu il Azərbaycanda restoranların dövriyyəsi 13 faiz artıb  |     13:01 6,1 ballıq zəlzələdən sonra Balıkesirdə 100-dən çox afterşok qeydə alınıb  |     12:51 Xərçəng zamanı immun cavabını gücləndirən ÜSUL  |     12:47 Karvaxal uzun müddətə sıradan çıxdı  |     12:46 "Time" jurnalı Trampın tənqidindən sonra şəkli dəyişdi  |     12:39 Rusiyanın vurduğu təyyarədə həlak olan üç ekipaj üzvünə büst qoyuldu - FOTO  |    

Nazir vahid əlaqələndirmə mərkəzində bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb – FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.

Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən ötən bir ildə şəhidlərimizin ailə üzvləri və qazilərin hərtərəfli sosial dəstəklə təminatı istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilir.

Bu dəstək tədbirləri artıq 31 mindən çox şəxsi əhatə edib. Onlara sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həlli, özünüməşğulluq çərçivəsində kiçik bizneslərin qurulması və s. istiqamətlərdə 39 mindən çox xidmət göstərilib.

Nazir dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının da şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstək olduğunu vurğulayıb.

Qeyd edib ki, bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanları olan 19 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.

Avqustun 23-dən ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Ötən dövrdə bu mərkəzlərə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 2200-dən çox şəxs müraciət edib.

S.Babayev yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin - Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.

Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.
Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə ölkəmizdə şəhid ailələri və qazilərlə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            804 25.10.21 20:40