Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda dumanlı hava qəzaya səbəb olub

20.10.2021 23:44 1 740
Cəlilabadda dumanlı hava qəzaya səbəb olub
Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər