Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin üçtərəfli iclası keçiriləcək

15.10.2021 23:07 1 764
Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin üçtərəfli iclası keçiriləcək
Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.

Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixində çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət edəcək.

İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat konfransı da nəzərdə tutulur.

Son xəbərlər