Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şabranda ev yandı: Bir nəfər xəsarət aldı

13.10.2021 14:19 1 392
Şabranda ev yandı: Bir nəfər xəsarət aldı
Şabran rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli dörd otaq və aynabənddən ibarət evin bir otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər