Mojo.az Banner
19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Baku-Oxford School”da koronavirusa yoluxma: 17 nəfər karantinə alındı

12.10.2021 15:44 1 686
“Baku-Oxford School”da koronavirusa yoluxma: 17 nəfər karantinə alındı
“Baku-Oxford School” şagirdlər arasında koronavirusa yoluxmanın qeydə alınması ilə bağlı məsələyə münasibət bildirib.

Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsində yoluxma qeydə alınıb:

“Bu səbəbdən “8 b” sinfində təhsil alan 16 şagird və bir müəllim karantinə alınıb. Yoluxmuş şagirdlər barədə məlumat gələn kimi bu haqda Səbail rayonunun Gigiyena və Epidemialogiya Mərkəzinə məlumat verilib.

Bildiyiniz kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Təhsil Nazirliyi, həmçinin Respublika Gigiyena və Epidemialogiya Mərkəzinə məlumat bir qədər gec çatır. Biz onlardan təsdiq aktı alana qədər bir həftə keçəcəkdi ki, biz bu sinifləri bağlayaq və yoluxma artacaqdı. Dünən yoluxan şagirdlər haqqında məlumatı əldə edən kimi biz TƏBİB, Təhsil Nazirliyi yaxud GEM-i gözləmədik, hətta onları özümüz məlumatlandırdıq və GEM-in razılığı ilə sinifləri bağladıq.

Keçən dəfə 9-cu siniflərdə də biz bu halı yaşadıq. Sonradan GEM bizə akt verdi. Hazırda bir sinifdə 16 nəfər olmaqla və bir müəllim karantinə alınıb. İki həftədən sonra biz sinfi açacağıq. GEM-in aktını da bizə sabah e-mail vasitəsilə göndərəcəklər”.

Təhsil eksperti Kamran Əsədov isə Oxu.Az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası edilməsi koronavirusa yoluxma sayına təsir etməsi gözlənilən idi:

“Özəl və dövlət təhsil müəssisələri Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları əsasən, pandemiya dövründə tədrisi düzgün təşkil etməyiblər. Qaydalarda əsas məqamdan biri o idi ki, tədris prosesi zamanı şagird müəllim və texniki işçidə temperatur olduqda tədris prosesindən uzaqlaşdırılmalıdır. Dərsi aparan müəllimlər, şagirdlər arasında yoluxma varsa, onlar ən azı 25-30 şagirdin ünsiyyətin nəzərə alaraq, həmin təhsil müəssisələri 14 gün ərzində onlayn dərsə keçməlidirlər.

Təəssüflər olsun k, bu gün özəl məktəblərdə yoluxma halları müşahidə edilsə də, bir çox halda qapanmalara getmirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə təhsilin təşkili qaydaları hüquqi formatından asılı olmayaraq bütün təhsil müəssisələrinə aiddir. Burada təhsil verən hər bir şəxs bu qaydalara riayət etməlidir.

Birmənalı şəkildə koronavirusa yoluxmuş şəxslər tədris prosesində iştirak edə bilməzlər. Bu, Nazirlər Kabinetinin qərarının pozulması deyil, ciddi hüquq pozuntusudur. Bununla bağlı müvafiq tədbirlər görülə bilər”.скачать dle 11.3
Mojo.az Banner