Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə

08.10.2021 20:16 822
Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə
Bu yaxınlarda Balkan ölkələrinin bir qrup jurnalisti Azərbaycanda səfərdə olub.

“Report” xəbər verir ki, media nümayəndələri bir sıra məqalə və reportajlar hazırlayıblar.

Bosniyalı jurnalistlər Adis Delikoviç və Emir Morina hazırladıqları iki reportajdan birini - Qarabağla bağlı 30 dəqiqəlik filmi sentyabrın 21-də Bosniya İctimai Kanalının (BHRT) praym-taymında (saat 20.00) təqdim ediblər. Filmdə Qarabağ münaqişəsinin tarixi, ötənilki müharibə və Azərbaycan Ordusunun uğurları, həmçinin erməni tərəfin vandalizm aktları və mülki əhaliyə hücumları geniş şəkildə əks etdirilib. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin də fikirlərinə yer verilib.

Eyni zamanda bu yaxınlarda Azərbaycana səfər etmiş jurnalist Boyan Stoykovskinin Qarabağla bağlı məqaləsi Şimali Makedoniyanın MKD.mk saytında dərc olunub. Münaqişədən sonra Qarabağın dirçəldilməsi, minalardan təmizlənməsi, köçkünlərin qaytarılması planlarına toxunan müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalist Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar daha bir geniş, ingilisdilli məqaləsi Balkan regionu ilə bağlı ən böyük mətbu orqanlardan sayılan “Balkan Insight”da yayımlanıb. Qeyd edək ki, “Balkan Insight” “Facebook”da 100 minə, “Tvitter”də 60 minə yaxın izləyiciyə malikdir. Həmçinin Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar digər yazısı da işıq üzü görüb. Bundan başqa, Boyan Stoykovskinin “Zdnet” üçün yazdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yeni texnologiyalar və innovasiyalar əsasında rekonstruksiyası ("ağıllı yaşayış məntəqələri") barəsində məqaləsi eyni platformanın fransızdilli versiyasında da yayımlanıb. Bu səhifənin “Facebook” platformasında 44 minə, “Tvitter”də 60 minə yaxın izləyicisi var.

Bosniya İctimai Kanalının radio efirindəki “Ino magazin” proqramının qonağı müxbir Adis Delikoviç olub və proqramın bir hissəsi onun Azərbaycanla bağlı təəssüratlarına həsr olunub. Adis Azərbaycanda olduğu 7 gün müddətində hazırladığı videoreportaj barədə danışıb, ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən söz açıb. O bildirib ki, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq öz torpaqlarını Ermənistandan geri ala bilib. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 90-cı illərdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının qaçqına çevrildiyini bildirib. Adis Şuşanın işğaldan azad olunması əməliyyatına da toxunub. İşğaldan azad olunan torpaqların tamamilə dağılmış olduğunu, Azərbaycanın hazırda böyük rekonstruksiya işləri həyata keçirdiyini qeyd edən müxbir səfər təəssüratlarını danışdıqdan sonra proqram Azərbaycan mahnısı ilə bitib.скачать dle 11.3
Mojo.az Banner