22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |     21:40 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib  |     21:30 Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ  |     21:11 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur  |     20:56 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU  |     20:48 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     20:38 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI  |     20:15 "Sushi Club" bağlandı: Ciddi nöqsanlar aşkarlandı  |     20:07 Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?  |     19:59 Hikmət Hacıyev: "Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq"  |     19:53 Rüşvət alan meşə gözətçisi həbs olundu  |     19:46 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb  |    

Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyası xarici mətbuatda geniş işıqlandırılıb

Bu yaxınlarda Azərbaycanda səfərdə olan balkanlı jurnalistlər ölkəmizlə bağlı təəssüratlarını əks etdirən məqalə və reportajlar hazırlayıblar.

"Report" xəbər verir ki, Azərbaycanda qonaq olan Bosniya İctimai Televiziyasının heyəti elə ilk gün ADA Universitetində itkin düşmüş azərbaycanlılarla bağlı reportaj hazırlayaraq axşam xəbərlərində efirə veriblər. Süjetdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və ailəsini itirmiş köçkün Müşfiq Əliyevin fikirləri yer alıb.

Qarabağa səfər etmiş serbiyalı jurnalist Nataşa İvanoski isə çalışdığı “Blic” qəzetində səfər təəssüratları ilə bağlı ikinci məqaləsini yayımlayıb. Budəfəki yazıda Gəncədə dağıdılmış mülki bina, müəllifin “Qafqazın Xiroşiması” adlandırdığı Ağdam və Bakıdakı qənimətlər parkı barədə yazılıb, hər bir hissə müəllifin özü tərəfindən çəkilmiş şəkillərlə müşayiət olunub. Yazıda Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun şəhərin bərpası ilə bağlı Azərbaycanın planlarına, məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin gələcəklə bağlı düşüncələrinə yer verilib.

Jurnalist Nataşa İvanoski digər məqaləsində Bakıdan Şuşaya və Ağdama qədər gördüyü bir çox detalları qələmə alaraq hər addımda Qarabağın Azərbaycana məxsus olduğunu, “Qarabağ” sözünün Azərbaycan mənşəyini, müxtəlif kəndlərdə həmin yaşayış məntəqəsinin öz şəhidlərinin əbədiləşdirdiyini, azərbaycanlıların 1990-cı illərdə qovulduqları ərazilərə yenidən qayıtdıqlarına görə qürur duyduqlarını, Füzulidəki minalı əraziləri gördüyünü, təkcə bu il 20 Azərbaycan vətəndaşının minalardan həlak olduğunu və ümumiyyətlə Qarabağın minalardan təmizlənməsinin ən azı 10 ilə başa gələcəyini, etnik nifrətin yaşayış məntəqələrini kabus şəhərlərə çevirdiyini, Cəbrayıl və Ağdamdakı dağıdılmış evləri və Azərbaycan qəbirlərini, azərbaycanlıların ötən il Şuşanı azad etdiklərini və bu əməliyyatın bir sıra hərbi akademiyaların dərsliklərinə düşəcəyini qeyd edir. Şuşada gördüyü obyektləri – Bülbül ləqəbli müğənninin, Qarabağ xanının qızı və şairə Natəvanın və Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun büstləri, şair Molla Pənah Vaqifin məqbərəsini təsvir edir. Məqalə bir çox fotolar və onların təsvirləri ilə bəzədilib.

Qarabağ səfər edən jurnalist Boyan Stoykovski də ABŞ-ın innovasiya səhifəsi olan “Zdnet” üçün yazısını Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyasına həsr edib. Müharibə zamanı dağıdılmış infrastrukturun Bakı tərəfindən innovativ və yaşıl texnologiya ilə dirçəldilməsinin qeyd olunduğu məqalədə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun gələcək planlar, ADA-nın professoru, urbanistika üzrə ekspert Anar Vəliyevin “ağıllı şəhərlər”in əhəmiyyəti və məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin geri qayıtmaqla bağlı fikirlərinə yer verilib.

Qeyd edək ki, “Zdnet”in təkcə “Facebook”da 280 minə yaxın, “Twitter”də isə 460 mindən çox izləyicisi var.

Müəllif Boyan Stoykovski öz tviter hesabında da bu məqaləni paylaşıb, xəbərə xeyli reaksiya gəlib. Maraqlıdır ki, bu reaksiyalar arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, BMTM sədri Fərid Şəfiyevin, ABŞ-da yaşayan azərbaycanlı aktivist Arzu Caidin fikirləri də var.

Stoykovskinin məqaləsi həmçinin ingilisdilli “Russia Business Today” platformasında yayımlanıb, məqalədə azərbaycanlı ekspertlərin fikirləri yer alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 08.10.21 19:22