Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Uşaq evində acınacaqlı vəziyyət: Natəmizlik, kiflənmiş yataq və “VIP” yerlər - VİDEO

05.10.2021 13:49 3 069
Uşaq evində acınacaqlı vəziyyət: Natəmizlik, kiflənmiş yataq və “VIP” yerlər - VİDEO
Xətai rayonunda yerləşən 3 saylı Uşaq İnternat Evində acınacaqlı vəziyyət qeydə alınıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, uşaqların ərzaq, yataq dəstləri ilə bağlı təminatında nöqsanlar var.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 3 saylı Uşaq İnternat Evi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyindədir, bu barədə suala onlar cavab verə bilərlər.

Əldə etdiyimiz məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məsələ ilə bağlı aidiyyəti quruma ciddi tapşırıq verib.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin araşdırılması üçün komissiya yaradılıb:

“Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək”.

Son xəbərlər