Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda ağır qəza: Ölən və xəsarət alanlar var

05.10.2021 12:42 2 703
Tovuzda ağır qəza: Ölən və xəsarət alanlar var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Abdulbəyli kəndində qeydə alınıb.

Qəza zamanı Yasin Səməndərin idarə etdiyi “Mercedes” və Anar Əyyubovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişin, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Samir Cəfərov dünyasını dəyişib.

Bundan başqa, hər iki avtomobilin sürücüləri, eləcə də “Toyota”da olan sərnişinlər - Sərxan Namazov, Famil Cəfərov və Muxtar Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Son xəbərlər