Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürdü

28.09.2021 15:54 2 346
Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürdü
Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Məlumata görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib.

“KamAZ”ın sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər