“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib.
Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, T.Mirzəyev ötən gün 85 yaşında İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Müğənni uzun müddətdir İsraildə yaşayırdı.
Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.