Mojo.az Banner
21:56 Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb  |     21:50 Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?  |     21:46 Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi  |     21:40 Tramp "müqəddəs" fotosunu sildi  |     21:35 Yeni koronavirus ştammı "Cicada" - Uşaqlar xüsusi risk altında ola bilər  |     21:26 Bəhreyn İraqa nota verdi  |     21:18 Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır  |     21:13 Bakıdakı yollardan birində sürət həddi endirilib  |     21:06 Yol polisindən sürücülərə MÜRACİƏT  |     21:00 Hansı yollarda qırmızı işıqda keçmək olar? - Video  |     20:54 Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi  |     20:52 Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi  |     20:45 Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki  |     20:39 Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi  |     20:32 Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi  |     20:27 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)  |     20:21 Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı  |     20:14 Ehsan, yoxsa xeyriyyəçilik - Hansı daha çox savab qazandırır?  |     20:09 Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb  |     20:01 Bu bağçalara yeni müdirlər təyin olundu  |    
Left Banner
Right Banner

Xarici səyyahların iştirakı ilə Bakıdan Qarabağa ilk kommersiya təyinatlı sınaq uçuşu olub

27.09.2021 12:16 1 356
Xarici səyyahların iştirakı ilə Bakıdan Qarabağa ilk kommersiya təyinatlı sınaq uçuşu olub
Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub.

“Report” xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaq.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.
скачать dle 11.3
Mojo.az Banner