Mojo.az Banner
13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qəbələ" Niderland klubu ilə oyuna itkilərlə çıxacaq

22.09.2021 20:31 2 427
"Qəbələ"nin U-19 komandası Niderlandın AZ klubuna qarşı UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.

Bu barədə "Report"a "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O bildirib ki, müdafiəçi Ülvi Mədətov və hücumçu Rauf Məhərrəmov zədə səbəbindən meydana çıxmayacaq: "Hər iki oyunçunun cavab qarşılaşmasında oynayacağı ehtimal olunur. Meydana çıxanların əksəriyyəti I Diviziondakı əvəzedici heyətin futbolçuları olacaq. II turda "Neftçi-2"ni 3:1 hesabı ilə məğlub etdiyimiz qarşılaşma isə bu oyunçular üçün yaxşı sınaq idi. Qaydalara əsasən, AZ ilə matça 2002-ci il təvəllüdlü 5 oyunçu sifariş verə və 3-nü oynada bilərik".

Kərimovun sözlərinə görə, qarşılaşmasının biletləri artıq satışa çıxarılıb: "Biletləri Qəbələ şəhər stadionundan və "Qəbələ Otel"də yerləşən fan-mağazamızdan əldə etmək olar. Qiymətlər 1 manat və 3 manat (VİP) arasında dəyişir. Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq".

Menecer Niderland təmsilçisinin oyundan bir gün əvvəl Bakıya çatacağını, sonra isə Qəbələyə yollanacağını söyləyib. Kərimov görüşün canlı yayımlanmayacağını da sözlərinə əlavə edib.

"Qəbələ"nin AZ ilə oyunlar üçün iştirak ərizəsi

Qapıçılar: Kamil Nəzərli, Həsən Həsənli, Məmməd Muradov

Müdafiəçilər: İxtiyar Məmiyev, Ravil Qafarov, İbrahim Ramazanov, Nuğay Rəşidov, Xəyal Səmədov, Ülvi Mədətov, Samir Ağayev, Murad Musayev, Süleyman Damadayev, Rüfət Əhmədov, Hüseyn Mürsəlov

Yarımmüdafiəçilər: Fərid Kələntərov, Fuad Əhmədov, Aqil Nəsibov, Gülağa Əsədov, Teleh Qarayev, Emil Süleymanov, Okan Təhməzli, Şahin Şahniyarov, Rauf Rüstəmli, Rauf Məhərrəmov

Hücumçular: Elmir Hüseynli, Kənan Baxışov, Çiçin Akande (Nigeriya), Mehrac Baxşalı, Sənan Ağalarov, Emil Səfərov

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.
скачать dle 11.3
Mojo.az Banner