Mojo.az Banner
13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE

05.10.2026 12:06 426
“Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE
Azərbaycanda məktəblilərin geyim qaydaları ilə bağlı yeni dəyişikliklər hicab məsələsini yenidən gündəmə gətirib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmədiyi açıqlanıb. Lakin qərarda hicabın adı birbaşa çəkilməyib.

Buna baxmayaraq artıq bir neçə məktəbdə hicablı şagirdlər məktəbə buraxılmayıb. Yeni qaydaların qüvvəyə minməsi fonunda isə suallar yenidən aktuallaşır: məktəbli formasından kənar geyim elementləri arasında hicab da nəzərdə tutulurmu? Dini inancını əsas gətirərək hicab taxan şagirdin məktəbə buraxılmaması onun təhsil hüququ ilə necə uzlaşır? Uşağın dini tərbiyəsi, valideynin seçimi və dövlət məktəbinin dünyəvilik prinsipi arasında hüquqi və mənəvi sərhəd haradan keçir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavablayıb:

"Mən bu məsələyə iki tərəfdən yanaşmağın vacib olduğunu düşünürəm. Birincisi, hicab məsələsi İslamda sadəcə mədəni və ya estetik məsələ deyil. Quranda mömin qadınlara geyim və örtünmə ilə bağlı göstəriş verilir. “Nur” surəsinin 31-ci ayəsində qadınların örtüklərini yaxalarının üzərinə salmaları bildirilir. “Əhzab” surəsinin 59-cu ayəsində də mömin qadınların örtünməsi ilə bağlı göstəriş vardır. Qədim İslam alimlərinin böyük əksəriyyəti də yetkin müsəlman qadının hicabını dini vəzifə hesab edib. Müasir dövrdə Misir Darül-İftası kimi mötəbər dini qurumlar da bu mövqeni təsdiqləyir".

"Amma mən məktəbdə məsələyə bir qədər fərqli prizmadan baxıram. Mən vahid məktəbli formasını daha məqsədəuyğun hesab edirəm. Məktəb ilk növbədə elm və təhsil məkanıdır. Burada şagirdlərin sosial fərqlərinin mümkün qədər arxa plana keçməsi, hamının eyni təhsil mühitində olması vacibdir. Dünyanın müxtəlif ölkələrində də məktəbli forması tətbiq olunur. Məsələn, İngiltərədə məktəblər vahid geyim qaydalarını müəyyən edə bilir və 2026-cı ildən məktəbli formasının həm əlçatanlığı, həm də tətbiqi ilə bağlı yeni qaydalar qüvvədədir", — deyə ilahiyyatçı əlavə edib.

Ə. Həsənovun fikrincə, vahid məktəbli forması tətbiq olunursa, bu qayda bütün şagirdlərə eyni şəkildə izah və tətbiq edilməlidir. Bununla belə, hicab bağlayan qız uşağının məktəbdən uzaqlaşdırılması və təhsil almaq imkanının məhdudlaşdırılması məsələsinə çox həssas yanaşmaq lazımdır. Çünki hicab insanın elm öyrənməsinə, ali təhsil almasına, alim olmasına və cəmiyyətə faydalı şəxs kimi yetişməsinə maneə deyil. Dünyada hicablı qadınlar arasında müəllimlər, həkimlər, alimlər və müxtəlif peşə sahibləri var. Deməli, hicab ilə elm arasında ziddiyyət axtarmaq düzgün deyil.

İlahiyyatçı qeyd edib ki, burada əsas məsələ məktəbli formasının qaydası ilə şagirdin təhsil hüququnu bir-birindən ayırmaqdır. Qayda varsa, ona riayət olunması tələb edilə bilər. Amma uşaq ağlaya-ağlaya məktəbdən geri qaytarılırsa, məncə, bu məsələnin daha humanist və maarifləndirici formada həllinə ehtiyac var. Şagirdə və valideynə qayda izah edilməli, mümkün hüquqi və inzibati mexanizmlər göstərilməli, ən əsası isə uşağın təhsildən kənarda qalmasına yol verilməməlidir.

Əkrəm Həsənov xüsusi olaraq vurğulayıb ki, İslam da bizə təhsili və biliyi əngəlləməyi deyil, biliyə təşviqi öyrədir. Peyğəmbərimizin (s.ə.s) “Elm öyrənmək hər bir müsəlmana vacibdir” məzmunundakı hədisi bu baxımdan çox mühümdür. Mənim mövqeyim budur ki, məktəbdə vahid forma qaydasına əməl olunması ilə hicab məsələsini bir-birinə düşmən mövzular kimi təqdim etmək lazım deyil. Məqsədimiz həm məktəbdə müəyyən edilmiş qaydanı qorumaq, həm də heç bir uşağın dini inancına görə təhsildən uzaq düşməsinə imkan verilməməlidir. Hicabla məktəbə gələn qız uşaqlarına və onların valideynlərinə izah olunmalıdır ki, bu dövlətin apardığı siyasət, qayda-qanun bunu tələb edir ki, məktəb ərazisinə hicabla gəlməyin, hicab bağlamaq əsasən hələ həddi buluğa çatmayan qızlara vacib deyil, ama dini cəhətdən həssas olan bəzi valideynlər bunu belə izah edirlər ki, biz necə ola bilər ki, övladlarımıza təhsili məcbur ediriksə, hicabı da məcbur edirik. Dövlət isə deyir ki, biz də məktəbdə vahid geyim forması tələb edirik. Ama hicaba görə uşaqların məktəbdən qovulması, dərsə buraxılmaması halı mənə görə düzgün yanaşma deyil. Sadəcə burada həm uşağa, həm də valideynlərinə məsələni izah etmək, ictimaiyyətə bu barədə düzgün məlumat və istiqamət vermək zərurəti yaranır. Bu hallar dəfələrlə problem kimi olub, əvvəllər belə şərt qoyurdular ki, məktəbə gələnə qədər hicab bağlasın, ama məktəb ərazisinə çatanda hicabı açsın, bu da doğru seçim yolu deyil. Vahid forma hamı üçün əsas şərt kimi qəbul olunmalıdır.




"Bəli, mən də razıyam ki, belə zəruri hallarda uşaqların arasında fərq olmamaq üçün daha doğru seçim vahid geyim formasıdır. Məktəbdən çıxandan sonra yenə hicab bağlayan hicabına riayət eləsin. Buradan başqa problemli məsələlər çoxdur. Mən özüm öz övladıma hicab bağlamağı məcbur etmirəm və bunu heç bir valideynə də məsləhət görmürəm. Ama mənimlə razılaşmayanlar çoxdur. Baş bağlamağa görə övladınızı təhsildən yayındırmayın, yaşadığımız ölkənin, doğma vətənimizin qanunlarına tabe olmağa hamımız məcburuq. Mən həm vahid geyim formasının tərəfindəyəm, həm də hicabın elmə və təhsilə mane olmadığını düşünürəm. O ki, qaldı bu problemin həlli bu məsələ mənlik deyil, hüquq mühafizə orqanları, aidiyyatlı şəxslər bu barədə əhalini konkret maarifləndirməlidrlər və istər hicab bağlayan olsun, istər hicab bağlamayan olsun, ölkəmizin uşaqlarının təhsildən yayındırılmasını düzgün addım hesab etmirəm. Sadəcə hicablı uşaqları məktəbdən uzaqlaşdırmaq yox, onlara bu barədə maarifləndirici tədbirlər görülməlidir. İzah olunmalıdır ki, qayda necə olmalıdır, bunu da bütün əhaliyə bildirmək lazımdır. Təhsil naziri bu barədə konkret fikir irəli sürməlidir və qəti mövqe ortaya qoyulmalıdır. Yoxsa ki, bəzi məktəblərdə uşaqlar hicabla məktəbə gəlirlər, ama bəzi məktəblərdə hicablı uşaqları məktəbə yaxın buraxmırlar. Bu hal artıq idarəçi aidiyyatlı qurumların üzərində dayanır. Onlar konkret mövqe ortaya qoyub bu məsələləri tənzimləməlidirlər", — deyə Ə. Həsənov sonda deyib.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner