Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır |
Mojo.az Avto
Mojo.az Avto

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

05.10.2026 13:17 420
İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?
"Bu ilin sonuna qədər Ağdam rayonunun ümumi əhalisinin sayının 21 minə çatacağı gözlənilir".

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Aqrar Biznes Festivalı" çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün Ağdam şəhərində 3 000-dən çox insan yaşayır:

"Ümumilikdə isə Ağdam rayonunda 8 000-dən çox insan məskunlaşıb. Ağdam şəhəri və ətrafındakı üç kənd də buna daxildir. Bu proses daha da genişlənəcək. Məskunlaşma prosesi nəticəsində bu ilin sonuna qədər Ağdam rayonunda ümumi əhalinin sayının 21 minə çatacağı gözlənilir. Bu, qarşıdakı illərdə də davam edəcək bir prosesdir".

Son xəbərlər