Perm atıcısının ayağı amputasiya olunub
O, saxlanılan zaman yaralanıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir neçə əməliyyat keçirən cinayətkarın sol ayağı dizədək amputasiya edilib.
Hazırda o, huşsuz vəziyyətdə süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, 18 yaşlı gəncin tədris müəssisəsində açdığı atəş nəticəsində 6 nəfər ölüb, 20-dən çox şəxs isə yaralanıb.
