Mojo.az Banner
22:59 Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO  |     22:52 Pilot və stüardessalarla bağlı yeni araşdırma  |     22:45 Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO  |     22:38 Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər  |     22:30 Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi  |     22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |    
Left Banner
Right Banner

Türkiyə və Almaniya prezidentləri arasında telefon danışığı olub

14.09.2021 17:05 1 344
Türkiyə və Almaniya prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentlər Türkiyə-Almaniya əlaqələri, Əfqanıstandakı vəziyyəti və təxliyə məsələlərini müzakirə ediblər.

R.T.Ərdoğan almaniyalı həmkarına Türkiyə ilə Almaniya arasında imzalanmış əmək müqaviləsinin 60 illiyi ilə bağlı Almaniyadakı türk icmasına və Türkiyə haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib.

Ərdoğan hər iki ölkənin NATO-da müttəfiq olaraq Əfqanıstandan təxliyə prosesində təqdirəlayiq sayılan həmrəylik və koordinasiya nümayiş etdirdiklərini bildirərək Əfqanıstanın yaşadığı bu kritik dövrdə eyni anlayışın qorunmasının lazım olduğunu vurğulayıb.

Türkiyə Prezidenti həmçinin BMT və başqa təşkilatlar tərəfindən Əfqanıstana lazımi humanitar yardımların çatdırılması məsələsinə də toxunub.

Prezident Ərdoğan martın 18-də Avropa İttifaqı ilə imzalanan üzvlüklə bağlı danışıqların bərpası, Gömrük İttifaqına üzvlüyün yenilənməsi və Türkiyə vətəndaşlarının İttifaq ərazisinə sərbəst səyahət etməsi ilə bağlı viza probleminin həlli kimi mövzulara dair müzakirələrin sürətlənməsinin vacibliyini söyləyib.скачать dle 11.3
Mojo.az Banner