Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeniyetmələrdən “Mall”larda COVID-19 pasportu tələb edilir? - AÇIQLAMA

11.09.2021 13:55 1 938
Yeniyetmələrdən “Mall”larda COVID-19 pasportu tələb edilir? - AÇIQLAMA
Məlum olduğu kimi, ictimai iaşə müəssisələrinə, hotellərə və iri ticarət mərkəzlərinə gedərkən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur. Qayda tətbiq edilməyə başladıqdan sonra sözügedən obyektlərə daxil olanlar arasında xeyli narazılıqlar yaranıb.

İddialara görə, “Mall”lara, kafe və restoranlara gedən müştərilər “e-təbib” tətbiqindən peyvənd olunduqlarını təsdiqləyən onlayn sənədi göstərsələr də, onlardan şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda isə cüssəli görünən yeniyetmələrdən də COVID-19 pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayıb yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Vətəndaşlar bu amilləri daha çox yoxlanış aparanların təcrübəsizliyi ilə əlaqələndirir.

Bununla bağlı danışan “Gənclik Mall” ticarət mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, yoxlanış zamanı əsas prioritet şəxsiyyət vəsiqəsidir:

“Vətəndaşların COVID-19 pasportlarının yoxlanılması üçün Elektron Hökumətin İnkişafı Mərkəzinin yaratdığı xüsusi mobil tətbiqdən istifadə olunur. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun peyvənd pasportunun olub-olmamasını müəyyən edir. COVID-19 pasportunun QR kodunu oxutduqda tətbiqdə heç bir şəkil çıxmadığına görə biz əlavə olaraq şəxsiyyət vəsiqəsini tələb etməli oluruq. Vaksin pasportunun QR kodunu oxutduqda yaşıl hərflərlə peyvənd olunduğu göstərilir. Təbii ki, biz dəqiqləşdirmə aparmaq üçün şəxsiyyət vəsiqəsini istəyirik. Çünki başqasının COVID-19 pasportu da göstərilə bilər. Bu isə təhlükə daşıyır”.

Qeyd olunub ki, əsas giriş qapılarında 3 mühafizə əməkdaşı, digər qapılarda isə 1 və ya 2 mühafizə heyəti yoxlama işləri aparır:

“Əməkdaşlarımız yoxlanış qaydaları ilə bağlı təlimat alıblar. Yeniyetmələr məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir”.

//Axar.az

скачать dle 11.3
Mojo.az Banner