DİN-dən genişmiqyaslı əməliyyat: 580 kiloqrama yaxın narkotik maddə və kuryerlər aşkarlandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:11 Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi  |     22:51 Bakıda texnika qaz xəttini zədələyib, bəzi yerlərdə qaz təchizatı dayandırılıb  |     22:41 İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?  |     22:28 Daha bir şirkətin vergi borcu üzə çıxdı  |     22:21 Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi  |     22:18 Azərbaycan millisi Macarıstana uduzdu  |     22:11 “102”yə əsassız zənglər etdi, həbs olundu  |     21:55 Üç gün iş olmayacaq  |     21:39 Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib  |     21:31 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb  |     21:18 70 il birlikdə yaşadılar, 90 yaşdan sonra evləndilər  |     21:13 Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var  |     21:05 Yuxusuzluq yeniyetmələrin beynini məhv edir - Alimlərdən xəbərdarlıq  |     20:59 Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı  |     20:50 Azərbaycanda 3 uşağı olan ailələr çoxuşaqlı sayılacaq?  |     20:44 Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən elə şeylər danışdı ki...  |     20:38 1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə  |     20:33 Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı  |     20:26 10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı  |     20:19 Avstriyada üçgünlük milli matəm elan ediləcək  |    

DİN-dən genişmiqyaslı əməliyyat: 580 kiloqrama yaxın narkotik maddə və kuryerlər aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Nəsimi rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən əlavə olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanbaba Abbaszadə və onun tanışı Qəhrəman Qədimov saxlanılıb. Xanbaba Abbaszadə və Qəhrəman Qədimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan ümumilikdə 35 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Qəhrəman Qədimovun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan Xanbaba Abbaszadəyə məxsus 1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, 2 300 ədəd psixotrop tərkibli satışı qadağan edilən metadon və 4 300 ədəd tramadol həbi aşkar edilib.

Qurum əməkdaşları tərəfindən Səbail rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elxan Əhədli saxlanılıb. Onun üzərindən və mənzilindən ümumilikdə 733 qram heroin, psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilib.

Baş idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları və sosial şəbəkələrdə vətəndaşlardan edilən müraciətlər əsasında Xətai, Nəsimi və Abşeron rayonlarında həyata keçirdikləri tədbirlər zamanı müvafiq olaraq Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıb. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlının ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra bu şəxslər narkotik vasitələri sərhədyanı rayonların ərazilərində qəbul ediblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, hətta narkotik maddələri qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarmaq olub. Adları sadalanan şəxslər həmçinin onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə xaricdəki narkokuryerlərin hesablarına köçürüblər. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinə nəzarət ediblər.

Qurumun əməkdaşlarının daxil olmuş məlumat əsasında Quba rayonunun Davidoba kənd sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş yaş çəkisi 510 kiloqram olan 119 ədəd çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tural Məmmədov bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Yardımlı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara rayon sakinləri Mehdi Həsənov, Heybər Nabatov, həmçinin Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov saxlanılıblar. Astara rayon sakinlərindən ümumilikdə 2 kiloqrama yaxın marixuana, Yardımlı sakinlərindən isə 3 qrama yaxın heroin və metafetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı baş idarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, eləcə də 6 600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            831 09.09.21 14:44