Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 16-18 yaşlı yeniyetmələr peyvənd olunacaq - RƏSMİ

07.09.2021 12:22 1 641
Azərbaycanda 16-18 yaşlı yeniyetmələr peyvənd olunacaq - RƏSMİ
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə “mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib.

1. Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.

2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

3. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.скачать dle 11.3
Mojo.az Banner