Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır

06.09.2021 23:50 2 775
Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır
Yeni növ koronavirus (COVID-19) infeksiyasının tərkibində 30 mindən çox aminturşusu var. COVID-19 ən uzun RNT genomuna malik virus olduğuna görə sürətli mutasiyaya məruz qala bilməz. Aktiv yoluxdurma dövrü dörd fəsildən çox olmayan bu tipli virus infeksiyalarda hər ay müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştam əmələ gələ bilər. Yəni, hazırda COVID-19-un genom fərgliliyi göstərən ştamlarının ümumi sayı 24-dür. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun ştamlarını yunan əlifbası ilə adlandırmasının əsas səbəbi budur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

O bildirib ki, həmin ştamların letallıq (ölümcüllük) göstəricisi, həmçinin müalicəyə və peyvəndə dözümlülük xüsusiyyəti COVID-19-dan güclü ola bilməz: "Ona görə də, COVID 19-un öyrənilmiş üç ("beta", "qamma", "delta") və tədqiqatı yekun mərhələdə olan beş ştamı, eləcə də gələcəkdə öyrəniləcək digər 15 ştamın tədqiqi yalnız elmi məqsəd daşıyır, çünki onlar bəşəriyyət üçün çox təhlükəli deyil. Həmçinin hər növbəti ştamın potensial fəallığı əvvəlkindən az olduğuna görə onlar fəsli infeksiya kimi dəyərləndirilməli və profilaktik tədbirlər bu istiqamətdə qurulmalıdır".

M.Qəniyev vurğulayıb ki, koronavirusa yoluxmuş xəstənin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır: "Onların 28-i infeksiya ilə aktiv şəkildə mübarizə aparır. Digər İgG tipli anticisimlər isə COVID 19-a xüsusi selektivlik göstərərək virusla "birbaşa" vuruşur. Həmin anticisimlərin miqdarı ilə infeksiyanın ağırlıq dərəcəsi arasında birbaşa əlaqə var. Yəni, infeksiyanı daha ağır keçirənlərdə bu anticisimlərin titri daha yüksək olur. COVID-19-dan sağalanların praktik olaraq hamısında üç aydan sonra qoruyucu anticisimlərin titri iki dəfə azalır və bu azalma 6-8 aydan sonra sıfırlanır. Buna görə narahat olmaq lazım deyil. Əvvəla, bu hal orqanizmin özünütənzim mexanizmlərinə istinad edən mütləq qanunauyğunluqdur. İkincisi, DNT və ya RNT əsaslı viruslara birinci yoluxmada, onların genetik surəti hüceyrənin immun yaddaşına birdəfəlik həkk olunur. Qoruyucu İgG anticisimləri ilkin yoluxmada 21-ci gündən, təkrari yoluxma və ya peyvənddən sonra yoluxma zamanı isə 3-cü gündən əmələ gəlməyə başlayır. Ona görə də, COVID 19-a təkrari və ya peyvənddən sonra yoluxma zamanı xəstənin letallığı yalnız sıfırın üstündə ola bilər. Bu hal ümumiyyətlə narahatlığa səbəb olmamalıdır, çünki COVID-19-a təkrari və ya peyvənddən sonra yoluxma riski yalnız 0,002 faizdir".

Son xəbərlər