Mojo.az Banner
21:44 Baş idarə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (Video)  |     21:38 Qatarlar arasında interval növbəti dəfə azaldılır  |     21:33 Mingəçevirdə evdən qadın meyiti tapıldı  |     21:25 Polis silah-sursat aşkarladı  |     21:20 İranda humanitar yardımla dolu konteynerlər vuruldu  |     21:11 AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir  |     21:06 Azərbaycana turist axını azalıb  |     20:59 Ermənistanda hərbçi öldü  |     20:54 Bakıda bu stadion təmirə bağlanacaq  |     20:46 Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 minə yaxınlaşıb  |     20:41 Dövlət Xidməti 34 nəfər barəsində prokurorluğa müraciət etdi - 1 əməkdaş işdən çıxarıldı  |     20:34 Rusiyada sərnişin qatarı relsdən çıxdı - Yaralılar var  |     20:29 "Artsax bayrağı"na görə vəzifədən qovuldu  |     20:20 Martda 91 nəfər zəhərlənib  |     20:15 Avtomobil sığortasında yeni qayda: 30 günə...  |     20:07 Avtoxuliqanlıq edən sürücü həbs olundu - Video  |     20:00 Gəncədə avtomobil mağazaya çırpıldı  |     19:57 “Barəmdə deyilənlər şər-böhtan idi, cinayət işi rədd edildi” - Hidayət Məhərrəmli  |     19:46 Yemək yeyəndə etdiyimiz bu səhv ürəyə ziyandır  |     19:25 Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ (Video)  |    
Left Banner
Right Banner

Ərəb KİV-lər: İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan siyasətçi kimi düşüb - FOTO

01.09.2021 23:54 795
Ərəb KİV-lər: İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan siyasətçi kimi düşüb - FOTO
Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.

Yazının sonunda vurğulanıb: “İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”.

скачать dle 11.3
Mojo.az Banner