Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ərəb ölkələrinin KİV-lərində “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə dərc olunub

01.09.2021 20:28 834
Ərəb ölkələrinin KİV-lərində “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqalə dərc olunub
"Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb".

Bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.

“İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”, - yazının sonunda vurğulanıb.

Son xəbərlər