Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda avtomobil fiziki məhdudiyyətli piyadanı vuraraq öldürüb

31.08.2021 12:30 1 380
Lənkəranda avtomobil fiziki məhdudiyyətli piyadanı vuraraq öldürüb
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə Bürcəli kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Ağayevin fiziki məhdudiyyətli şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər