Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mənzildə kişi meyiti aşkarlanıb

31.08.2021 12:13 1 875
Bakıda mənzildə kişi meyiti aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər