Mojo.az Banner
14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |     12:31 Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır  |     12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |    
Left Banner
Right Banner

Bakıda onlayn satış şirkətlərinə 30 min manatdan çox ziyan vuran şəxslər ələ keçdi - FOTO/VİDEO

28.08.2021 16:00 1 392
Bakıda onlayn satış şirkətlərinə 30 min manatdan çox ziyan vuran şəxslər ələ keçdi - FOTO/VİDEO
Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların nümayəndələrini aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar.

Bu üsulla adları qeyd edilən şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.

Qeyd edək ki, bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Maraqlı burasındadır ki, Rüstəm Tinayev və Turqut Quliyev onlayn yolla sifariş verdikləri bütün avadanlıqların paytaxtın Nizami rayonunun ərazisinə gətirilməsini istəyiblər. Onlar zərərçəkənlərin demək olar ki, əksəriyyətini bu rayonun ərazisində aldadıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələrin hər birini etiraf ediblər.

Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rüstəm Tinayev və Turqut Quliyev əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edə bilərlər.

скачать dle 11.3
Mojo.az Banner