Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dağın ətəyində narkotik plantasiyası salan şəxs iş başında SAXLANILDI

27.08.2021 18:25 1 536
Dağın ətəyində narkotik plantasiyası salan şəxs iş başında SAXLANILDI
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisində yerləşən dağların ətəyində çətənə kollarının əkilib-becərilməsi barədə polisə məlumat daxil olub.

Ərazidə keçirilən tədbirlər nəticəsində orada narkotik becərən şəxsin Şəki şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamal Hüseynov olduğu müəyyən edilib.

O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və şübhəli şəxs qismində saxlanılıb. Əraziyə baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 213 kiloqramdan artıq olan 1 103 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək maddi sübut kimi götürülüb.

K. Hüseynov ifadəsində çətənə kollarını 3 ay bundan öncə Şəki şəhərindən gələrək burada becərdiyini və vaxtaşırı qulluq göstərdiyini, məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner