Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Bakıdan Qarabağla bağlı UNESCO-ya ÇAĞIRIŞ

26.08.2021 19:10 750
Rəsmi Bakıdan Qarabağla bağlı UNESCO-ya ÇAĞIRIŞ
“Təəssüf ki, Ermənistan Xarici İşlər Naziri hələ də “yaddaş pozğunluğu” sindromundan əziyyət çəkir, belə olan halda biz qarşı tərəfə bir daha xatırladırıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirərək, onun beynəlxalq tanınmış ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan Ermənistan bu torpaqlardakı tarixi, mədəni və dini irsin dağıdılması, mənimsənilməsi, mədəni sərvətlərimizin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə görə məsuliyyət daşıyır”.

Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Bildirilib ki, bu cinayətlərin araşdırılması üçün Azərbaycan tərəfindən vaxtı ilə UNESCO-ya bölgəyə səfər edilməsi ilə bağlı çoxsaylı müraciətlər edilib və məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın o zaman işğal altında olan ərazilərinə səfər etməsinə əngəl olub:

“Bu fakt təşkilatın hesabatlarında əks olunub. Ermənistan XİN-nə UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edirik. Hesabatda aydın şəkildə, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur.

Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın bu torpaqlarda törətdiyi məqsədyönlü dağıntıların miqyası beynəlxalq ictimaiyyət, o cümlədən dövlətlərin rəsmi nümayəndələri, müstəqil media agentlikləri, habelə qeyri-hökumət təşkilatları və s. tərəfindən ətraflı şəkildə qeydə alınıb. Görünməmiş vandallıq və “mədəni təmizləmə” törətmiş bir ölkənin öz əməllərini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan və cəfəng ittihamlarla çıxış etməsi təcrübəsi təəssüf ki, yeni deyil. Ermənistan tərəfi sonunda anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur.

Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə UNESCO-nun müstəqil və obyektiv missiyasının həyata keçirilməsi məsələsinə dəfələrlə münasibət bildirib, hətta bu prosesi sürətləndirməyə çağırıb. Rəsmi İrəvanın belə bir missiyanın həyata keçirilməsinə etiraz etmədiyini bəyan etdiyinə görə, ümid edirik ki, missiya yaxın zamanlarda reallaşacaq və onilliklər ərzində Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılmış tarixi, mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi siyasətinin nəticələri qeydə alınacaq”.скачать dle 11.3
Mojo.az Banner