Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan hökumətinin yeni proqramında Azərbaycanla sərhədlərin delimitasiyasının vacibliyi vurğulanıb

26.08.2021 18:52 1 659
Ermənistan hökumətinin yeni proqramında Azərbaycanla sərhədlərin delimitasiyasının vacibliyi vurğulanıb
Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm amildir.

TASS agentliyi xəbər verir ki, bu barədə avqustun 26-da Ermənistan parlamenti tərəfindən təsdiqlənən Ermənistanın yeni hökumətinin proqramı adlı sənəddə yazılıb.

“Bölgədə sülh bizim uzunmüddətli strategiyamızdır. Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, sabit bir regional atmosferin formalaşması üçün əhəmiyyətli olacaq”, - Nikol Paşinyan hökumətinin proqramında qeyd olunur.

Sənəddə həmçinin vurğulanır ki, Ermənistan Nazirlər kabinetinin regionun blokdan çıxarılması üzrə xarici siyasəti, digərləri tərəfindən konstruktiv olaraq qəbul edilirsə, bölgədə dinc və qarşılıqlı faydalı bir mühitin yaranmasına səbəb olacaq.

“Bu kontekstdə əsas məsələ 9 noyabr 2020 və 11 yanvar tarixlərində Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladıqları bəyanatlarda nəzərdə tutulan addımların tam və qeyd-şərtsiz həyata keçirilməsidir”, - deyə sənəddə qeyd olunur.

Son xəbərlər