Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

21.08.2021 22:58 1 128
Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək
Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərməyə başlayıb.

Median.Az
APA-ya istinadən xəbər verir, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

Müvafiq tapşırığa əsasən, 21 avqust 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, Poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.

Son xəbərlər