Erməni bloger Qarabağ separatçılarını ifşa etdi: "Qadın paltarında qaçıblar" (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 Monqolustanda qızılcaya yoluxan vətəndaşların sayı 7 mini ötüb  |     19:02 Gəncədə avtomobil qəzası olub, yaralananlar var  |     18:57 Gəncədə hamamda qaz partladı - Xəsarət alan var  |     18:51 İran yeni kamikadze dronunu təqdim etdi  |     18:30 Pakistan İranla sərhədini bağlayıb  |     18:15 Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb  |     17:58 Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi  |     17:52 Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb  |     17:50 Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?  |     17:49 Bakıda FACİƏ: Dörd yaşlı qız səkkizinci mərtəbədən yıxılıb öldü  |     17:42 İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb  |     16:31 Ağsuda məktəb direktoru VƏFAT ETDİ  |     15:02 Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir  |     14:45 Xaçmazda mənzildən meyit tapılıb  |     14:21 Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın VİDEOSU  |     14:01 40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - Aralarında diplomatlar da var  |     14:00 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:57 İsrailə növbəti raket hücumu Yəməndən oldu  |     13:56 KİV: İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub  |     13:56 Eltac Səfərli 152 şahmatçının yarışdığı turnirdə İKİNCİ OLDU  |    

Erməni bloger Qarabağ separatçılarını ifşa etdi: "Qadın paltarında qaçıblar" (VİDEO)

Erməni blogger Roman Baqdasaryan Qarabağdakı separataçı rejimi və onların dəstəkçilərini sərt tənqid edib.

Baqdasaryan Qarabağ ermənilərinin əslində Ermənistanla müharibə apardığını bildirib.

"Siz azərbaycanlılarla, türklərlə deyil, Ermənistan hakimiyyətinə qarşı döyüşürsünüz. Karen Dəmirçiyanı, Vazgen Sarkisyanı siz öldürmüsünüz! Ermənistanın Baş prokurorunu siz öldürmüsünüz! Ayıb olan odur ki, siz ermənisiniz! Siz bu 30 ildə Artsaxı müdafiə etməmisiniz! Siz ermənilərlə döyüşmüsünüz! Siz cinayətkarcasına Ermənistanın ən yağlı tikəsini ələ keçirmisiniz!

Cənab Qarabağ erməniləri, bir güzgüdə özünüzə baxın! Siz kiminlə döyüşürsünüz? Siz azərbaycanlılarla ona görə müharibə etmisiniz ki, sonra 30 il ermənilərlə döyüşəsiniz!”, - deyə erməni blogger vurğulayıb.

"İrəvanda erməniləri öldürməyə gəlmişdiniz"

Baqdasaryan onu tənqid edən Qarabağ ermənilərinə xitab edərək onları İrəvan ermənilərinə qarşı cinayətdə ittiham edib:

"Üfunətli ağzınızı yumun! Sizin atalarınız, qardaşlarınız, ərləriniz İrəvanda erməniləri öldürməyə gəlmişdilər. 2008-ci ilin martında Qarabağın generalları öz dəstələrini İrəvanın mərkəzində erməniləri öldürmək üçün gətirmişdi. Özü də həmin adamlar pul müqabilində bu işi görürdü. İndi Paşinyanı tənqid edirsiniz. Məgər Paşinyan dinc vətəndaşlara atəş açmaq əmri verib? Əgər Paşinyan Stepanakertin mərkəzində erməniləri öldürmək üçün dəstə göndərsəydi, bunu necə qarşılayardınız?

İrəvana gələn Qarabağ zabitləri erməniləri öldürmək üçün bir birləri ilə bəhsə girmişdi. Özü də pul müqabilində. Dinc vətəndaşları öldürüb sonra bunun müqabilində aldıqları pulla kabab yeyiblər. İndi siz hansı haqla Paşinyanın əleyhinə danışırsınız?! Siz xəstəsiniz, dəlisiniz?!”

"7 rayonda qəbir daşlarını satmısınız!"

Blogger daha sonra Qarabağdakı erməni etnomafiyasının işğal olunmuş 7 rayonda törətdiyi vandalizmdən danışıb:

"Bilirsiniz azərbaycanlılar niyə hiddətlənib? Çünki Azərbaycana məxsus həmin o 7 rayonda məzarlıqların 70 faizi dağıdılıb. Məzar daşları çıxarılaraq satılıb. Bunu siz Qarabağ erməniləri, sizin rəhbərləriniz edib. Niyə bu barədə danışmırsınız? Sizin oğullarınız Köçəryana, Sarkisyana görə ölüb. Onlar cinayətkarcasına həmin 7 rayonda ağlagəlməz işlər görüblər”, - deyə Baqdasaryan bildirib.

Blogger Qarabağ ermənilərini "satqın”, "xəyanətkar” adlandıraraq onların separatçı rejimin əsas sponsoru olan Levon Ayrapetyana sahib çıxmadıqlarını deyib.

Məlumat üçün deyək ki, oliqarx Levon Ayrapetyan 2017-ci ildə Rusiya Federasiyasının subyekti olan Mordoviya Respublikasındakı 12 saylı islah əmək düşərgəsində ölüb.

"Bu qədər pul oğurladınız, erməni dilini öyrənmədiniz"

Baqdasaryan Ayrapetyanın ölümünü qətl hesab edir və bunu Robert Köçəryanın aktivinə yazır:

"Siz Levon Ayrapetyandan üz çevirdiniz. O, sizin üçün nələr etməmişdi?! Sizlərə külli miqdarda pul xərcləmişdi. Amma sizin "sevimliniz” (Robert Köçəryanı nəzərdə tutur - red) onu Moskvaya apararaq həbs etdirdi. Sonra da öldürtdü. İndi siz Levon Ayrapetyanın qatilini müdafiə edirsiniz? Siz necə insansınız?!

Siz Allahsız, satqın və xəyanətkarsınız! Levon Ayrapetyan həbsxanada iztirab içində idi, amma bu, sizinin vecinizə olmadı. Siz tələb etməliydiniz ki, onu azadlığa buraxsınlar, yaxud Ermənistanda mühakimə etsinlər. İndi Paşinyanı tənqid edirsiniz. Siz heç onun ayağının tozu da deyilsiniz! Özünüzü qəhrəman hesab edirsiniz. Mən sizi qəhrəman saymıram. Siz satqınsınız!”

Blogger Qarabağda müharibənin səbəblərindən danışarkən maraqlı fakt açıqlayıb.

"Deyirdiniz ki, biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik. Çünki onlar bizi erməni dilində danışmağa, erməni dilində təhsil almağa qoymur. Heç sizin rəhbərləriniz erməni dilini bilmir. Məsələn, Bako Saakyan. Sizin prezidentiniz erməni dilini bilməli deyil? Büdcədən bu qədər pul oğurladınız, amma erməni dilini öyrənmədiniz”, - deyə Baqdasaryan vurğulayıb.

"Qadın paltarında döyüş meydanından qaçıblar”

Bloggerin açıqladığı maraqlı faktlardan biri də 44 günlük müharibədə separatçıların başıpozuq dəstələrinin qadın paltarında döyüş meydanından qaçması ilə bağlı olub.

"11 nəfər qadın paltarı geyinərək, makiyaj edərək, özlərinə süni döş qoyduraraq qaçıb. Bizdə onlardan 3-nün fotosu var. Onları Sünikin sakinləri yaxalayıb. Beləliklə, 11 nəfər kişini qadın geyimində tutublar. Bu həmin Qarabağ erməniləridir ki, Paşinyanı ittiham edirlər. Nədir, həmin ermənilərin qadın paltarında qaçmasına görə Paşinyan günahkardır? Siz niyə qadın paltarında qaçan bu adamları tənqid etmirsiniz?

Bundan başqa faktlar var ki, Qarabağdakı erməni kişiləri meyitlərin içində gizlənərək oradan qaçıblar. Bu faktı bütün Sünik bilir”, - deyə Baqdasaryan bildirib.
//qaynar.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 296 21.08.21 18:33