Mojo.az Banner
23:03 Abşeronda usta yıxılıb öldü  |     22:52 128 ildən sonra ilk dəfə çempion oldu: azarkeşlər meydana axışdılar  |     22:45 Tramp İranı HƏDƏLƏDİ: "Yer üzündən silinəcək"  |     22:33 Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb  |     22:28 Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"  |     22:21 Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi  |     22:11 Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu  |     22:06 "Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?  |     21:59 Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi  |     21:53 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı  |     21:48 Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir (FOTO)  |     21:40 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq  |     21:35 Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı  |     21:28 Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)  |     21:23 Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu  |     21:16 Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək  |     21:08 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq  |     21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |    
Left Banner
Right Banner

Azərbaycan Rusiyanın ət kombinatından məhsul idxalına məhdudiyyət qoyub

21.08.2021 13:41 570
Azərbaycan Rusiyanın ət kombinatından məhsul idxalına məhdudiyyət qoyub
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən "Stavropolskiy broyler" MMC-nin "Nevınnomısskiy" ət kombinatı filialı tərəfindən istehsal olunan, 11.05.2021-ci il tarixində "Hereti Bottling Company" MMC, 13.05.2021-ci il tarixində isə "AzFood Company" MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 37 842.88 kq) quşçuluq məhsulunda (toyuq dərisi) mikrobioloji (Salmonella <25 g) göstəricilərin yol verilən həddən çox olduğu aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində qərar qəbul edilib. Yüksək riskli müəssisə kimi istehsalçı və idxalçı müəssisələrin bütün idxal partiyaları laborator müayinələrə cəlb olunub.

Növbəti dəfə 10.08.2021-ci il tarixində Rusiya Federasiyasında fəaliyyət göstərən "Stavropolskiy broyler" MMC-nin "Nevınnomısskiy" ət kombinatı filialı tərəfindən istehsal olunan və "AzFood Company" MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 19 135.23 kq) quşçuluq məhsulundan (toyuq dərisi) nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji (Salmonella <25 g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib. Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumatlandırılıb.

Qeyd edək ki, daha əvvəl də aşkar edilmiş uyğunsuzluqlarla bağlı adıçəkilən müəssisədən məhsulların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin zəmanəti əsasında 2020-ci il 18 noyabr tarixində bu məhdudiyyət aradan qaldırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində davamlı tədbirlər görür.скачать dle 11.3
Mojo.az Banner