Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İki ayağını itirən qadın bütün işlərini əlləri ilə görür - AÇIQLAMA + VİDEO

18.08.2021 17:55 1 413
İki ayağını itirən qadın bütün işlərini əlləri ilə görür - AÇIQLAMA + VİDEO
Göyçay rayonunun Çərəkə kənd sakini, sağlamlıq imkanları məhdud Anna Bəkirova çox çətinliklə təsərrüfat işləri ilə məşğul olur.

Bu barədə videogörüntülər sosial şəbəkələrə yayılıb.

A.Bəkirova bildirib ki, çətin vəziyyətdə yaşayır:

“İki ayağımı itirmişəm deyə, işlərimi əllərimlə edirəm. Heç bir dəstəyim yoxdur. Gecələr əllərimin ağrısından yata bilmirəm”.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən lazımı addımlar atılacaq:

“Göyçay rayonu, Çərəkə kənd sakini Bəkirova Anna Abil qızına 2002-ci ildə hər iki ayağın yuxarı hissədən amputasiya olunması diaqnozu ilə müddətsiz I qrup əlillik dərəcəsi təyin olunub. Anna Bəkirovaya birinci dərəcəli əlilliyə görə müavinət və təqaüd formasında aylıq 280 manat, əlavə olaraq ona qulluq edən şəxs üçün 50 manat aylıq təqaüd verilir.

Anası Zümrüd Bəkirova da yaşa görə əmək pensiyası (260 manat) ilə təmin olunur. Anna Bəkirovanın təkərli oturacaqla təmin olunması üçün tibbi göstərişin təyin edilməsi işləri də aparılıb və sənədləri hazırlanır”.

“Yaxın günlərdə o, təkərli oturacaqla təmin ediləcək. Eyni zamanda, Anna Bəkirovanın aşağı ətraf protezləri ilə təminatı da nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner