Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Dayısı oğlunu qaçıraraq 500 min dollar tələb edən şəxs hakim qarşısına çıxacaq

17.08.2021 11:32 1 068
Dayısı oğlunu qaçıraraq 500 min dollar tələb edən şəxs hakim qarşısına çıxacaq
Vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb edən şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.

Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib. Həmin dövrün məzənnəsi ilə 850 000 manata bərabər 500 000 ABŞ dolları məbləğində pul tələb edib.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilib və barələrində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

16.08.2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
скачать dle 11.3
Mojo.az Banner