Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər - AÇIQLAMA

14.08.2021 18:58 648
Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər - AÇIQLAMA
Bir ildən artıqdır ki, bəşəriyyəti cənginə almış koronavirus pandemiyası ilə mübarizə aparılmaqdadır. Bu bəla ilə mübarizədə Azərbaycan öndə gedən ölkələrdən biridir. Lakin son günlərin rəqəmləri bizi daha məsuliyyətli olmağa vadar edir. Hamımız maksimum dərəcədə səfərbər olmalı, bu bəlaya az itkilərlə qalib gəlməliyik.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ölkəmizdə ilk gündən bu bəla ilə mübarizədə sistemli tədbirlər görülməyə başlanıldı, lazımi texniki-təşkilati işlər həyata keçirildi:

"Ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan nəinki ölkə daxilində, beynəlxaq səviyyədə də bu mübarizədə töhfə verən az sayda ölkədən biri olub.

Ölkədə bu bəla ilə mübarizə üçün maddi-texniki bazanın yaxşılaşdırılması, o cümlədən yeni laboratoriyaların yaradılması, mövcud xəstəxanaların bu virusa qarşı mübarizəyə hazır vəziyyətə gətirilməsi, modul tipli xəstəxanaların tikilməsi, kadr təminatının yüksəldilməsi ölkəmizə bu virusa qarşı effektiv mübarizə aparmağa, epidemioloji vəziyyəti nəzarət altında saxlamağa imkan verdi, cəmiyyətimiz bu xəstəlikdən az itkilərlə çıxdı".

S.Hüseynova vurğulayıb ki, Azərbaycan vaksinasiya prosesinə dünyanın qabaqcıl ölkələri ilə eyni vaxtda başladı:

"Bu il iyun ayının əvvəlində yoluxma sayı 50 nəfərə qədər idi. Görülən tədbirlər nəticəsində yoluxma sayındakı azalmalar karantin rejimində yumşalmalara imkan verdi, açıq havada maskasız gəzməyə, müəyyən kütləvi tədbirlərin, şənlik mərasimlərinin keçirilməsinə, idman zallarının açılmasına icazə verildi. Ancaq son günlər onu göstərir ki, bu yumşalmalar əhalidə bir qədər arxayınlıq yaratdı. Onlar sanki bu xəstəlik başa çatıb kimi davrandılar, 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma sayı 272 idisə, bu gün 2600-dən çoxdur. Nəzərə alsaq ki, bizi qarşıdan payız ayları gözləyir və payız ayları müəyyən infeksion xəstəliklərdə artım müşahidə olunur, biz daha da diqqətli olmalıyıq.

Digər tərəfdən dünyada, xüsusilə region ölkələrində COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Bu bir daha göstərir ki, biz maksimum dərəcədə səfərbər olmalıyıq, özümüzü və ətrafımızdakı insanları qorumaq üçün sosial məsafəyə, gigiyenik qaydalara riayət etməliyik, daha məsuliyyətli olmalıyıq. Xüsusilə hazırda virusa qalib gəlməyin yeganə yolu olan vaksinasiya prosesində fəal olmalıyıq və hər kəs özünün ətrafını, doğmalarını qorumaq üçün məsuliyyətli olmalıdır. Əks halda məhdudiyyətlər sərtləşdirilə bilər və yumşaldıcı tədbirlər aradan qalxa bilər. Ona görə də hamımız səfərbər olmalı, bu bəlaya az itkilərlə qalib gəlməliyik".скачать dle 11.3
Mojo.az Banner