Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarğıdalı sahəsində narkotik becərən qonşular “iş başında” saxlanıldı - FOTO/VİDEO

13.08.2021 13:03 1 404
Qarğıdalı sahəsində narkotik becərən qonşular “iş başında” saxlanıldı - FOTO/VİDEO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində bir neçə uğurlu əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Şərif kəndindəki qarğıdalı sahəsində çətənə kollarının əkilib-becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin rayon sakinləri Zumrat Seriyev və Vüqar Heydərov olduqları müəyyən edilib. Keçirilən tədbir zamanı həmin şəxslər elə “iş başında” saxlanılıb. Baxış zamanı sahədən 18 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qonşu olan V.Heydərovla Z.Seriyevin çətənə kollarını iki ay öncə başqa şəxsə məxsus qarğıdalı sahəsində becərdikləri və vaxtaşırı aqrotexniki qulluq göstərdikləri məlum olub.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş rayonun Xalatala kənd sakini Nizami Dibirov saxlanılıb. Onun evinin həyətinə baxış zamanı çəkisi iki kiloqramdan artıq səkkiz ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner