Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideynlər övladlarının narkotik istifadəçisi olduğunu gizlətməyə çalışırlar - Ekspert

12.08.2021 21:00 681
Valideynlər övladlarının narkotik istifadəçisi olduğunu gizlətməyə çalışırlar - Ekspert
Gizli narkomaniyanı üzə çıxarmaq üçün əvəzedici müalicə proqramlarının geniş surətdə tətbiqi labüddür.

Median.Az
bildirir ki, bunu Trend-ə psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib. O bildirib ki, bu, narkotik maddə istifadəçilərinin real sayının üzə çıxarılmasına da imkan verəcək:

"Təəssüflə qeyd etməliyik ki, bu gün Səhiyyə Nazirliyi tərəfindən qeydə alınan 34 min xəstə sayı real rəqəmə heç də yaxın deyil. Qeydiyyata alınmış xəstələr tibb müəssisələrinə müraciət edən və ya hüquq mühafizə orqanları tərəfindən bu və ya digər cinayət törətmiş şəxslərdir. Nəzərə alsaq ki, narkotik istifadəçisi kimi qeydə alınanların 75 faizi xüsusən hüquq mühafizə orqanları tərəfindən müəyyən edilmiş şəxslərdir, bu o deməkdir ki, onların əksəriyyəti faktiki olaraq tibb müəssisəsinin üzünü görməyib. Onu da qeyd etmək lazımdır ki, 34 min nəfər arasında ağır narkotik istifadəçilərinin sayı da həddindən artıq çoxdur. Bu isə o deməkdir ki, biz onların yüngül narkotiklərdən istifadə mərhələsini aşkarlamırıq. Buna "latent narkomaniya" deyilir. Bu müddət 7-8 ildir. Yəni, həmin şəxs 7-8 il narkotik maddələrlə təmasdadır, amma o nə tibb müəssisələri üçün, nə digər orqanlar üçün bəlli deyil. Valideynlər bilsələr də, onlar bu məsələni gizlətməyə, qeyri-rəsmi müalicə etməyə çalışırlar. Bu da mənfi nəticələr verir. Bu xəstəliyin müalicəsi uzun vaxt, peşəkar yanaşma tələb edir. Ən azı 1 il bu müalicə davam etməlidir".

Ekspert həmçinin qeyd edib ki, bu vəziyyətə gəlib düşən insanların cəmiyyətdə əvvəlki yerini tutması, sağalma ümidini yaratmaq üçün sosial proqramların tətbiqi lazımdır:

"Bu vasitə ilə həmin xəstələr məntəqələrə müraciət edəcək. Və nəticədə oradakı könüllülərlə ünsiyyətdə olduqca, etibar yarandıqca, problemləri həll olunduqca, onların müalicəyə cəlb edilməsi də mümkün olacaq və kriminogen davranışlardan uzaq olmaları təmin ediləcək. Bu proqramların davamı olaraq sosial təminat orqanları da buna yardımçı ola bilər. Polis orqanları onları tutmaqla deyil, kömək etməklə davranışlarının qarşısını ala bilərlər. Onları normal məcraya yönəldə, nəzarət altında saxlamaqla bu xəstəliyə meyilliliyi azalda bilərik. Həmçinin, bu tədbirlər yeniyetmələr, gənclər arasında da təlim-tərbiyə işlərini gücləndirməyə imkan verəcək".скачать dle 11.3
Mojo.az Banner