Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəbi açıqlanıb

12.08.2021 19:28 1 464
Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəbi açıqlanıb
Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb.

Nazirlikdən sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanununa əsasən dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır.

Qeyd olunub ki, Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb: "Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurumu tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur".

Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlər arasında Anadolu Universitetinin Bakı filialının da adı var.скачать dle 11.3
Mojo.az Banner