Mojo.az Banner
12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lahıcda 2000 illik kanalizasiya-su xətti aşkarlanıb

10.08.2021 20:32 978
Lahıcda 2000 illik kanalizasiya-su xətti aşkarlanıb
Elmlər Akademiyası tərəfindən Lahıc Tarix Mədəniyyət Qoruğunun yaşayış məntəqəsi kimi salınmasının kəşfiyyat işləri aparılıb. Burada 2000 illik kanalizasiya-su xətti aşkarlanıb.

Bunu Trend-ə açıqlamasında Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev deyib.

Onun sözlərinə görə, bu, ilkin tariximizi göstərən faktdır, çay daşı ilə çəkilib.

"Bir çox yerlərdə bu xəttin heç yerə çıxmadığı qeyd olunur, lakin bu, doğru deyil. Sadəcə quruluşu elədir ki, suyu filtirizasiya edir. Yalnız Girdiman kəndinə çıxan yerdə təmiz su əldə olunur. Xətt labirint formasında qurulub. Su çay daşlarına toxunaraq hərəkət etdiyi üçün təmizlənir.

Əhalinin əsas gəlir mənbəyi sənətkarlıqdır. Əvvəllər 100-ə yaxın sənətkar olub, indi 40-a yaxını fəaliyyət göstərir. Mərkəzi küçəmizdə onların emalatxanası var. Turistlərin həmin emalatxanalarda ustalarla birgə işləmək imkanı da var".

Onun sözlərinə görə, Lahıcda 8 metrdən hündür tikili yoxdur. Ərazimiz seysmik olduğundan tikintidə əsasən çay daşı və meşə ağacından istifadə olunur. Meşə ağacı elastik olduğundan evi uçmağa qoymur. Divarın qalınlığı 80 santimetr olur:

"Misgərlik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci il dekabrın 15-də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Evlərin bərpası üçün xüsusi konsepsiya var. Təmir-bərpa işləri bu konsepsiyaya uyğun şəkildə aparılır.

Lahıc sakinlərinin hamısı turizmlə dolanır. Kimisi evində bişirdiyi yeməyi gələn turistə satır, kimisi evini kirayə verir, kimi dağ bitkiləri yığıb satmaqla dolanır, bəziləri sənətkar, bəziləri mağaza-obyekt sahibidir və s.

Hazırlanan qida məhsulunu turistə təqdim etmək tam sərbəstdir. Yeganə şərt Qida Təhlükəsizliyi Agentliyindən bunun üçün sertifikat alınmalıdır".
скачать dle 11.3
Mojo.az Banner