Mojo.az — elanlar
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəy-gəlinlərin toy günü peyvəndlənməsinə həkimdən etiraz - Birdən gəlin hamilə olsa…

31.07.2021 19:40 966
Bəy-gəlinlərin toy günü peyvəndlənməsinə həkimdən etiraz - Birdən gəlin hamilə olsa…
Zərdabda Qoruqbağı kəndində toy günü bəylə gəlinin peyvəndsiz olduğu üçün toya buraxılmayıb, elə həmin an tibb məntəqəsində Covid vaksini vurulub, sonra toya buraxılması həkimlər tərəfindən birmənalı qarşılanmayıb.

Əslində peyvəndin toy edənlər üçün vacibliyini önə çəkən təbliğat məqsədli hadisə olsa da, toy günü nəinki bəy -gəlinin, hətta digər qonaqlardan kiminsə peyvənd vurdurub, toya gəlməsi sağlamlıq baxımından düzgün deyil.

Median.Az
medicina.az-a istinadən bildirir ki, həkim pediatr Aytən İsmayılzadə toy günü vaksinasiya tədbirlərinin etik olmadığını, əksinə təhlükəli olduğunu bildirib və səbəbləri izah edib.

"Öncədən də demişdim ki vaksinasiya tədbirlərini kutləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-ÇİLƏR isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl ayağa və bu cur uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim.

Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub ki, onlar indi toy məclisi edir. Buna haqqları da var.

Amma onları gəlib toy gunu peyvəndləmə nə dərəcə doğrudur. Hər kəs bilir ki peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy gunu yaşamaq lazımdırmı? Gəlin hamilə də olmuş ola bilər. Butun antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk uç ay hamiləlik planlanması qadağandır deyilir. Butun bunlar nəzərə alınırmı?

Məclisə daxil olan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da kovidə yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır?

TƏBİB, sizə, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görurəm.

İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şubhəsi varsa, toydan sonra dərhal hamiləlik planlanırsa bunları nəzərə alın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin".

Son xəbərlər