Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün casusluqda ittiham olunan ermənilərin məhkəməsi keçirilir - YENİLƏNİB

28.07.2021 12:13 2 365
Bu gün casusluqda ittiham olunan ermənilərin məhkəməsi keçirilir - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

O deyib ki, “N” saylı hərbi hissədə xidmət edib:

“11 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində xidmətdə idik. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparırdı. Daha sonra onları saxladıq və sorğu-sual etdik. Həmin şəxslər bizə rus dilində cavab verdilər. Onların Ermənistan vətəndaşları olduğunu bildik. Həmin şəxslərdən Şuşada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Daha sonra onları müvafiq dövlət qurumlarına təhvil verdik”.

V.Orucəliyev bildirib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanitar yardım aşkar olunmayıb: “Həmin şəxslərin saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi. Üzərilərində erməni dilində sənədlər var idi. Onlar mülki geyimdə idilər”.

Məhkəməyə digər şahidin prosesdə iştirak etmədiyi qeyd edilib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyinin arayışı məhkəməyə daxil olduğu elan olunub. Arayışda qeyd olunub ki, “N” saylı hərbi hissənin polkovnik-leytenantı Vüqar Abdullayev dövlət sərhədində xüsusi taprışıqlarla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə V.Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

O, istintaqda dindirilərkən söyləyib ki, 11 noyabr 2020-ci il tarixində Şuşa şəhərində hərbçi yoldaşı V.Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:

“Həmin şəxslərə “Dayan” əmri verdik. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Pasportlarından aşkar etdik ki, həmin şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Həmin şəxsləri müvafiq dövlət qurumlarına təhvil verdik”.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib: “Hamınızdan üzr istəyirik, xahiş edirəm məmi bağışlasınlar”.

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: “Nə etmişəmsə, Allah mənim cəzamı versin”.

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

Hazırda prokuror çıxış edir.

* * * * *

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Son xəbərlər