Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda həbs olunan pakistanlılarla bağlı ABŞ-a sorğu göndərildi

25.11.2019 22:36 1 631
Bakıda həbs olunan pakistanlılarla bağlı ABŞ-a sorğu göndərildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları iştirak ediblər.

Təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin ABŞ ərazisində olmadan texniki vasitələrlə kibercinayətkarlıq törədiblər.

Ədliyyə Nazirliyinin nümayəndəsi bəzi məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi ilə danışıqlar aparıldığını deyib: "Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Sorğuların cavab alınması təxminən 1 ay çəkir. Bu səbəbdən məhkəmənin 1 ay təxirə salınmasını xahiş edirik".

Təqsirləndirilən şəxslər məhkəmədən onları Paktistana təhvil verilməsi ilə bağlı qərar çıxarılmasını xahiş ediblər.

Hakim isə bunun mümkünsüz olduğunu bildirib.

Məhkəmə Ədliyyə Nazirliyinin vəsatətini təmin edilib və proses dekabrın 26-a qədər təxirə salınıb.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının məhkəməsi qərar çıxarıb. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.скачать dle 11.3

Son xəbərlər