Mojo.az Banner
14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |     23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |    
Left Banner
Right Banner

Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib, şahid dindirilib

05.12.2023 16:30 1 995
Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib, şahid dindirilib
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmədə bir nəfər şahid dindirilib.

Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, bundan öncəki məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner