Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yük avtomobili karantin postuna çırpıldı

28.07.2021 11:40 1 215
Bakıda yük avtomobili karantin postuna çırpıldı
Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində “Shacman” markalı yük avtomobilin yol kənarındakı karantin postuna çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan bir nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər