Mojo.az Banner
21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |    
Left Banner
Right Banner

Baş Prokurorluq və DİN-dən Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə MƏLUMAT

27.07.2021 18:58 2 460
Baş Prokurorluq və DİN-dən Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə MƏLUMAT
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Qurumun Mətbuat xidmətlərindən verilən birgə məlumatda deyilir:

“İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov öldürüb.

Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı dörd polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.скачать dle 11.3
Mojo.az Banner