Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb

27.07.2021 11:30 1 458
Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb
Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə şəhərin Qələbə küçəsində qeydə alınıb.

Belə ki, sürücü, 1984-cü il təvəllüdlü Ruslan Adil oğlu Qubatov motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı müxtləlif xəsarətlər alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər