Mojo.az Banner
14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir

26.07.2021 13:00 765
Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir
COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, Bakı Şəhər Baş Polis İdarəsi və rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən reydlər paytaxtın bütün rayonlarını əhatə edib və son günlərdə daha da gücləndirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması, vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Rayonlarda yaradılmış operativ qruplar tərəfindən ticarət obyektlərində, Bakı şəhərində toy məclisi təşkil edilən şadlıq saraylarında, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir. Şadlıq evlərində keçirilən reydlər zamanı vətəndaşların və işçi personalının COVID-19 pasportu yoxlanılır, iştirak edən vətəndaşların sayı, insanların zalda yerləşdirilməsi zamanı sosial məsafənin qorunması və digər məsələlərə ciddi fikir verilir. Ticarət mərkəzlərində qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.
скачать dle 11.3
Mojo.az Banner