Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabul sakinindən “patı” aşkarlandı

24.07.2021 13:40 4 383
Hacıqabul sakinindən “patı” aşkarlandı
Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan “patı” (metamfetamin) aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər