Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Çin hökuməti ÜST-ün təklifini qətiyyətlə rədd etdi

22.07.2021 14:01 891
Çin hökuməti ÜST-ün təklifini qətiyyətlə rədd etdi
Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təklif olunan koronavirusun mənşəyi ilə bağlı istintaqın ikinci mərhələsi üçün planı rədd edib.

Bu barədə “RİA Novosti” xəbər verir.

“İstintaqın ikinci mərhələsinin təklifinə gəldikdə, elmə və sağlam düşüncəyə hörmət etməyən xülasədən istifadə olunur. Bu plana əməl etməyəcəyik”, - deyə Çin hökuməti bəyan edib.

O da bildirilir ki, ÇXR elmi bir yanaşmaya əsaslanan araşdırma aparılmasını dəstəkləyir və virusun mənşəyi ilə bağlı istintaqın siyasiləşdirilməsinə qarşı çıxır.

Qeyd edək ki, iyulun 17-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın bu yaxınlarda COVID-19 infeksiyasının aşkar edildiyi laboratoriyaları yoxlamağı planlaşdırdığını söyləyib. Söhbət 2019-cu ilin dekabrında Uhanda ilk SARS-CoV-2 hadisələrinin aşkarlandığı qurumların yoxlanılmasından gedir. Yoxlama ÜST Katibliyinin koronavirusun mənşəyi ilə bağlı istintaq çərçivəsində həyata keçirmək istədiyi beş addımdan biridir.

Son xəbərlər